Ərəb mətbuatı Misirin Türkiyə ilə münasibətlərini normallaşdırması ilə bağlı sensasion xəbər yayıb. Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, sözügedən xəbərə görə, Türkiyə Birləşmiş Ərəb Əmirliklərinin etdiyi kimi Qahirədən torpaq alacaq.
Prezident Rəcəb Tayyib Ərdoğan 11 ildən sonra Misirə getdi . Ərdoğan burada Misir lideri Sisi ilə görüşüb və iki prezident arasında bir çox əməkdaşlıq müqaviləsi imzalanıb. Misir mediası Ankara ilə Qahirənin yaxınlaşmasını yüksək qiymətləndirərək, iki ölkənin İsraillə HƏMAS arasındakı müharibəni və bu müharibədən sonra yaranan humanitar böhranı müzakirə etdiyini bildirib.
Dövlət qəzeti “Əl-Əxbar” “Sisi və Ərdoğan Qəzzada dərhal atəşkəsin zəruriliyi ilə bağlı razılığa gəliblər” başlığı ilə dərc edilib.
Ərəb mətbuatında çıxan xəbərlərdə bir müddətdir valyuta böhranı yaşayan Misirin son aylarda Rəs Əl-Hikmə bölgəsini Birləşmiş Ərəb Əmirliklərinə satdığı xatırladılıb. Paytaxt Qahirəyə 350 kilometr uzaqlıqdakı bu bölgə 22 milyard dollara əl dəyişdirdi . Ərəb mediası Qahirənin indi Türkiyəyə də oxşar tarif tətbiq etməyə hazırlaşdığını qeyd edib.

