Səudiyyə Ərəbistanı üçün bir nömrəli düşmən İrandır.
Səudiyyə Ərəbistanı üçün bir nömrəli düşmən İrandır.
TİA.AZ xəbər verir ki, bunu Misir mətbuatına müsahibəsində Səudiyyə Ərəbistanı generalı Ənvər Aşki söyləyib. Misirin Suriya siyasətini tənqid edən Aşki bunun Ər-Riyadla münasibətlərdə problemlər yaratdığını bildirib:
“Səudiyyə Ərəbistanı İranı, Misir isə Müsəlman Qardaşlarını özünün birinci düşməni kimi tanıyır. Bəşər Əsədin hakimiyyətdə qalması və Suriyanın İran tərəfindən işğalını Ər-Riyad qəbul etmir. Ona görə də suriyalı müxaliflərin yanında yer alır. Misirə görə isə Əsəd hakimiyyətdən gedəcəyi təqdirdə Dəməşqə rəhbərlik Müsəlman Qardaşlarına keçəcək. Bu, Qahirəni narahat edir və onlar Əsədi seçirlər. Yaranan situasiya Misirlə Səudiyyə Ərəbistanını qarşı-qarşıya qoyur.
Tərəflər arasında digər problem Yəmənlə bağlıdır. Misir burada da Müsəlman Qardaşları faktorunu önə çəkir və ona görə də husilərə qarşı yaradılan ərəb koalisiyasında aktiv iştirak etmir. Qahirə qorxur ki, ərəb koalisiyası qələbə qazansa, Yəməndə hakimiyyətə Müsəlman Qardaşları gələcək. Misirin mövqeyi getdikcə İranla yaxınlaşır”.