ABŞ Prezidenti Donald Trampın 7 müsəlman ölkəsi ilə bağlı imzaladığı qərardan dərin narahatlıq keçiririk.
ABŞ Prezidenti Donald Trampın 7 müsəlman ölkəsi ilə bağlı imzaladığı qərardan dərin narahatlıq keçiririk.
TİA.AZ xəbər verir ki, bu sözləri Ərəb Dövlətləri Liqasının sədri Əhməd əbu-Qeyt deyib.
“Suriyalı miqrantlarla yanaşı, bir çox ərəb ölkəsindən olan vətəndaşların ABŞ-a girişinin qadağan edilməsi qeyri-qanunidir. Rəsmi Vaşinqton qərarı yenidən dəyərləndirməlidir. Ərəb və Amerika toplumları arasındakı bu duruma yenidən baxılmalıdır”, – Qeyt bildirib.
Qeyd edək ki, Trampın imzaladığı sənəddə Suriya, İraq, Liviya, İran, Sudan, Somali və Yəməndən ABŞ-a getmək istəyənlərə 90 gün viza verilməyəcəyi və Suriyadan ikinci təlimata qədər heç bir miqrantın alınmaması vurğulanır.