Ərdoğanla Paşinyan siyasi dialoqun davam etdirilməsi barədə razılığa gəlib

Ərdoğanla Paşinyan siyasi dialoqun davam etdirilməsi barədə razılığa gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı olub.

Tribunainfo.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Paşinyan avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən danışıqların nəticələri, xüsusən “Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş”in paraflanması, ATƏT-in Minsk qrupunun mexanizmlərinin ləğvi üzrə ATƏT-ə birgə müraciət, ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində və qarşılıqlı əsasda regional kommunikasiyaların açılması, o cümlədən “Beynəlxalq Sülh və Firavanlıq naminə Tramp Yolu” layihəsi barədə Türkiyə Prezidentini məlumatlandırıb.

Paşinyan qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması regional əməkdaşlığın yeni keyfiyyətinin formalaşmasına imkan yaradır.