Misirdə Qəzza zolağındakı müharibənin dayandırılmasına həsr olunmuş sammit zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın baş naziri Corca Melonidən siqareti tərgitməsini istəyib.
Tribunainfo.az Politico nəşrinə istinadən xəbər verir k, onların arasında baş verən dialoq İtaliya mediasında geniş yayılıb.
Ərdoğan Meloniyə belə deyib:
“Çox yaxşı görünürsən. Amma mən səni siqareti buraxmağa məcbur etməliyəm.”
Fransa prezidenti Emmanuel Makron isə bu sözlərə zarafatla reaksiya verərək bildirib:
“Bu mümkün deyil!”
Meloni isə təklifə istehzalı şəkildə cavab verib və siqareti atmağın onu daha əsəbi və daha az ünsiyyətcil edə biləcəyini deyib. O əlavə edib:
“Mən heç kimi öldürmək istəmirəm.”
Xatırladaq ki, Meloni əvvəllər verdiyi müsahibələrdə 11 yaşından siqaret çəkməyə başladığını, 13 illik fasilədən sonra isə yenidən bu vərdişə qayıtdığını açıqlamışdı. O, həmçinin bildirib ki, siqaret bəzən ona digər siyasətçilərlə, o cümlədən Tunis prezidenti Kays Səid ilə yaxın münasibətlər qurmaqda yardımçı olub.
İmran Kərimli
View this post on Instagram