Ərdoğanın bəyanatı neftin qiymətini 8 aylıq maksimuma yaxınlaşdırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya birjalarında neft bahalaşmaqda davam edir.

 

Dünya birjalarında neft bahalaşmaqda davam edir.

TİA.AZ xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,54 dollar və ya 1,07% artaraq 51,20 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,68 dollar və ya 1,20% artaraq 57,54 dollar olub. Beləliklə, Brent markalı neftin qiyməti 8 aylıq maksimum olan 57,8 dollar yaxınlaşıb.

Neftin bahalaşması onu göstərir ki, 2014-cü ilin ortalarında bazarda yaranan neft ehtiyatlarının izafiliyi hasilatın azaldılması və təklifin artması fonunda azalmaqdadır. Bundan başqa, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın İraq Kürdüstandan neft və qaz alışının dayandırılması ilə bağlı verdiyi bəyanat da “qara qızıl”ın bahalaşmasına təsirsiz ötüşməyib.