Bakıya gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın şərəfinə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın adından Gülüstan sarayında dövlət ziyafəti verilib.
Tribunainfo.az xəbər verir ki, dövlət ziyafətində konsert proqramı da təqdim edilib və Azərbaycan və türkiyə musiqiləri səsləndirilib.
Eyni zamanda, xalq artisti Samir Cəfərov Ərdoğanın çox sevdiyi “Duyanlara, duymayanlara” mahnısını ifa edib. Ərdoğanın masa arxasından mahnıya qoşulduğu diqqət çəkib.
Qeyd edək ki, AĞ Partiyanın seçki ərəfəsində reklam afişalarında da Ərdoğanın çox sevdiyi “Duyanlara duymayanlara” ifası səslənirdi.
Bu məşhur ifanın sözləri Sezgin Büyükə aiddir. İlk ifaçısı isə Cengiz Kurtoğlu və Hakan Altundur.
Eyni zamanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ifanı mitinqlərdə də səsləndirib.
Cengiz Kurtoğlunun bu mahnısının əsil adı “Seviyorum”dur. İlk dəfə 1996-cı il, 8 fevralda yayımlanıb. Bu məşhur ifanı tanınmış müğənni Halil Sezai də ifa edib.
Hətta ifanın müəllifi Cengiz Kurtoğlu Ərdoğanın olduğu tədbirlərin birində bu məşhur mahnının sözlərini dəyişərək Ərdoğana ithaf etmişdir.
Bu məşhur ifa artıq Ağ Partiyanın mahnısı kimi tanınır.