backend

ƏRDOĞANI HƏDƏF ALAN ŞÜBHƏLİLƏRİN İSTİNTAQI BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ “Türkiyənin Anadolu” agentiyinə istinadən xəbər verir ki, İsveçrədə keçirilən “xeyriyyə” aksiyasında, prezident Ərdoğanı hədəf göstərən plakatı yayan  şübhəlilər haqqında istintaq başlayıb. 

TİA.AZ “Türkiyənin Anadolu” agentiyinə istinadən xəbər verir ki, İsveçrədə keçirilən “xeyriyyə” aksiyasında, prezident Ərdoğanı hədəf göstərən plakatı yayan  şübhəlilər haqqında istintaq başlayıb.

İstanbul Cumhuriyyəti Baş prokurorluğu  martın 25-də İsveçrənin paytaxtı Berndə, terror təşkilatları PKK, DHKP/C və YPG-nin də aralarında olduğu qruplar tərəfindən Federal Parlament binası önündəki Parlament Meydanında keçirilən “xeyriyyə” aksiyasında, qara fon üzərində hazırlanmış başına silah dayamış Ərdoğanın şəkli və “Ərdoğanı öldürün” yazısı, altında da “Öz silahları” ifadəsi olan plakatı yayan  şübhəlilər haqqında istintaq açıldığı bildirildi.

 

Sözügedən plakatı yayan şübhəlilər haqqında “terror təşkilatına üzv olmaq”, “Dövlət Başçısına təhqir” və “terror təşkilatı təbliğatı aparmaq” cinayətlərindən əməliyyat keçiriləcəyi də öyrənilib.

Prokurorluğun, İstanbul Polis İdarəsinə göndərdiyi yazılı təlimatında, istintaq çərçivəsində, cinayət hadisəsi ilə əlaqədar olaraq plakatı yayan şübhəlilərin kimlikləri və şəxsi məlumatların müəyyən edilərək prokurorluğa göndərilməsi tələb olunub.


İlahə