backend

Ərdoğandan Trampa görüş mesajı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-Türkiyə münasibətlərinin normallaşması üçün yeni prezident Donald Trampla görüşmək niyyətini ifadə edib. 

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-Türkiyə münasibətlərinin normallaşması üçün yeni prezident Donald Trampla görüşmək niyyətini ifadə edib.

TİA.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan bu haqda Şərqi Afrika ölkələri üzrə səfərdən qayıdan zaman təyyarədə jurnalistlərə açıqlamasında deyib.

“Mən ləngimədən Trampla görüşmək istəyirəm. Görüşün mövzularından biri Türkiyə-ABŞ münasibətlərinin qiymətləndirilməsi olacaq. Hazırda bizim strateji əlaqələrimiz yaxşı işləyirmi? Xeyr. Biz onları sağlamlaşdırmalıyıq”, – deyə Türkiyə prezidenti bildirib.

ABŞ və Türkiyənin NATO-nun üzvləri olduğunu xatırladan prezidentin sözlərinə görə, münasibətlərin indiki səviyyəsi NATO ölkələrinin həmrəyliyinə cavab vermir. Ərdoğan qeyd edib ki, xüsusilə müdafiə sənayesi sahəsində münasibətlərin təkmilləşdirməsi Türkiyə və ABŞ arasında əhəmiyyətli məsələdir.