Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antarktidada yeni baza qurur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antarktidada yeni baza qurur.
TİA.AZ bu ölkənin mətbuatına istinadən xəbər verir ki, Ərdoğanın irəli sürüdüyü layihə çərçivəsində ölkənin TÜBİTAK və İstanbul Texniki Universiteti kimi elm mərkəzlərinin əməkdaşları Antarktidaya göndərilir.
Birinci mərhələdə 2 milyon 800 min dollar ayrılan layihənin həyata keçirilməsi üçün buz qıran gəmilər axtarılır. Prezident bu işlərin həyata keçirilməsini Elm, Sənaye və Texnologiya Nazirliyinə həvalə edib.
Baza qurmaq qitəyə gedəcək heyətin tərkibində biologiya, mühəndis, fizik, dəniz elmləri, geofiziki sahələrində mütəxəssislər olacaq.
Antaraktidada qış aylarda temperaturun mənfi 80 dərəcə olduğu nəzərə alınaraq elm adamları 2017-ci il noyabrın 5-dən 2018-ci il fevralın 15-dək ərazidə işləyəcək.