Macarıstan səfərindən qayıdan, təyyarədə jurnalistlərin suallarını cavablandıran prezident Ərdoğan yeni konstitusiya ilə bağlı mesaj verib.
Tribunainfo.az xəbər verir ki, Ərdoğan, “Bizim indi dərbəçilərin deyil, mülki vətəndaşların irəli sürdüyü konstitusiyaya ehtiyacımız var.
Yeni konstitusiyanın özümüz üçün deyil, ölkəmiz üçün olmasını istəyirik. Yenidən seçilmək və ya yenidən namizəd olmaq kimi bir dərdim yoxdur”, – deyib.
Dəniz Pənahova