Ərdoğandan ABŞ-a sərt ittiham

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hökuməti Ankara və Vaşinqton arasında yaranan viza böhranına görə məsuliyyət daşıyır.
 ABŞ hökuməti Ankara və Vaşinqton arasında yaranan viza böhranına görə məsuliyyət daşıyır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan deyib: “Problemi biz yaratmadıq, bunda ABŞ günahkardır. Əgər səfir özü belə qərar verirsə, ölkə rəhbərliyi onu vəzifədən azad etməlidir. Əgər bizim səfir bu cür etsəydi, onu bir dəqiqə belə vəzifədə saxlamazdıq. Biz onu (ABŞ-ın Türkiyədəki səfiri Con Bass) ABŞ təmsilçisi kimi qəbul etmirik. Nə XİN, nə nazirlərimiz, nə də mən onun vida səfərlərini qəbul etməyəcəyik”, – deyə Ərdoğan qeyd edib.

“ABŞ-ın Baş Konsulluğunda nələrsə baş verməkdədir. ABŞ diplomatik missiyalarında FETÖ casuslarının çalışması bizləri düşünməyə vadar edir. ABŞ hökuməti deyilsə, onları kim ora işə götürüb?”, – deyə prezident bildirib. 

Qeyd edək ki, iki ölkə arasında diplomatik qalmaqal ötən həftə FETÖ ilə əlaqədə şübhəli bilinən ABŞ konsulluğunun əməkdaşı Metin Topuzun saxlanmasından sonra başlayıb. ABŞ səfirliyi məsələdən narahatçılıq keçirdiyini, ittihamların əsassız olduğunu və Türkiyə ilə tərəfdaş əlaqələrinə mənfi təsir etdiyini bildirib. 

Qalmaqal Türkiyə və ABŞ arasında qeyri-immiqrasiya vizalarının qarşılıqlı verilməsinin tam dayandırılması ilə nəticələnib. (APA)