Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədəki inflyasiyanı vətəndaşların gündəlik həyatından çıxaracaqlarını söyləyib.
O bunu Nazirlər Kabinetinin iclasında deyib:
“İnflyasiyanı vətəndaşlarımızın gündəlik həyatından çıxaracağıq.İşçidən məmura, biznesmendən təqaüdəçüsünə qədər bütün vətəndaşlarımızın bir az daha səbirli olmasını gözləyirik. Yaşanan problemlərin fərqindəyik”.
Türkiyə Prezidenti bildirib ki, başqalarının haqqına əl uzatmadığımız kimi ölkəmizin, millətimizin, qardaşlarımızın haqqının tapdalanmasında seyrçi qalmayacağıq.