Ərdoğan: “Türkiyə xaricdən müdafiə sənayesi məhsulları almağı dayandırır”

Ərdoğan: “Türkiyə xaricdən müdafiə sənayesi məhsulları almağı dayandırır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyədə istehsal oluna biləcək heç bir məhsulu xaricdən almayacağıq”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyanın parlamentdəki fraksiyasının genişləndirilmiş toplnatısında bildirib.

O deyib ki, rəsmi Ankaranın şərtlərini qəbul edərək birlikdə işləmək istəyən beynəlxalq müdafiə sənaye qurumları ilə əməkdaşlığa hazırdılar: “Ancaq hazır məhsul almaq sahəsindəəsla əməkdaşlıq etməyəcəyik”.

R.T.Ərdoğan vurğulayıb ki,Türkiyənin ərazi bütövlüyünü pozmaq istəyənlərə, ölkənin torpaqlarına göz tikənlərəcavab vermək hər bir vətəndaşınborcudur: “Ölkəmizdən xaricdə heç bir qüvvə bizi hədələy bilməz. Qurduğumuz dövlətlərlə biz dünyanın sayılıb-seçilən bir millətiyik. İndi kimin tayfa, kimin millət olduğunu hamıgörür. Biz səbrli bir millət və dövlətik. Son iki əsri fədakarlıqla keçirdik. Diplomatik danışıqlarla 5 milyon kvadrt km. sahəlik vətənimizdən yalnız indikiqalıb. İndi onu da bizə çox görürlər. Türk milləti ruhunu yeniləyir. Nəticədə yatan divi oyatdılar”.