Ərdoğan: Türkiyə Sudanda ada almaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Sudanın Suakin adasını almaq istəyir.

Trend-in məlumatına görə, bunu Sudana səfəri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

 Dövlət başçısı bildirib ki, məqsəd bu adada infrastrukturun bərpa edilməsidir: “Hazırda Suakin atılmış vəziyyətdədir. Türkiyə bu adada yerləşən tarixi məscidi də bərpa etməyə hazırdır”.

Qeyd edək ki, Sudanın şimal-şərqində, Şərqi Afrika sahillərində yerləşən Suakin adası əsrlər boyu mühüm ticarət limanı olub.

TİA.AZ