“Ermənistan işğal etdiyi torpaqlardan dərhal çıxmalıdır. Bu mövzuda BMT Təhlükəsizlik Şurasının vermiş olduğu qərarlar var. “Ermənistan işğal etdiyi torpaqlardan dərhal çıxmalıdır. Bu mövzuda BMT Təhlükəsizlik Şurasının vermiş olduğu qərarlar var.
Dağlıq Qarabağ bölgəsində hətta razılaşdırılmış rayonlar var ki, Ermənistan qısa müddət o torpaqları tərk etməlidir”.
TİA.AZ-ın məlumatına görə, prezident azərbaycanlı jurnalistin sualını cavablandırarkən “Ermənistanın buraları əsl sahiblərinə qaytarmalıdır” deyə bildirib: “Buraların da əsl sahibləri, azərbaycanlılardır. Onların da bu yerlərə gəlib yerləşməsi lazımdır. İşğalla bir nəticə əldə etmək olmaz. Hələlik bu torpaqlar təəssüf ki, işğal altındadır. Bu işğala Türkiyə olaraq biz qarşıyıq”,- deyə prezident əlavə edib.
Qarabağ problemi mövzusunda Amerika, Rusiya, Fransanın üzərilərinə götürdükləri vəzifələr olduğunu xatırladan Ərdoğan sözlərini belə davam edib: “Bu vasitəçilik vəzifəsi onların üzərinə düşübsə, bunu sona çatdırmalıdırlar. Xahişlər də odurki, Qarabağdakı işğal bitsin və azərbaycanlı qardaşlarımız da torpaqlarına qayıtsın”.