Ərdoğan: “Türkiyə bu il 6 milyon rusiyalı turist qəbul edə bilər”

Ərdoğan: “Türkiyə bu il 6 milyon rusiyalı turist qəbul edə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 “Rusiya-Türkiyə münasibətləri yüksələn xətlə inkişaf edir. Cari ildə 6 milyon rusiyalı turisti qəbul etməyə hazırıq”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib  Ərdoğan CAR-da da keçirilən BRİKS sammitində Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı bildirib.

“Biz görürük ki, əməkdaşlığımız günü-gündən inkişaf edir. Və digər ölkələr də buna paxıllıq edirlər”, deyə Ərdoğan bildirib.

Vladimir Putin də öz növbəsində bildirib ki, qeyd edib ki, Rusiya-Türkiyə münasibətləri yüksəlişdədir, xüsusən də böhranların aradan qaldırılması sahəsində. Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi 40%-ə çatıb və əldən olunan vəsait 22 milyard dolları ötüb.