Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Rusiyanın “İzvestiya” qəzetinə verdiyi açıqlamada Suriyanın şimalında Kürd dövləti qurulmasına imkan verməyəcəklərini bildirib, əgər ehtiyac olacağı halda Suriyanın şimalında yeni bir əməliyyat keçirəcəklərini deyib.

TİA.AZ Türkiyənin “Aksam” saytına istinadən bildirir ki, dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Şanlıurfa Harran-da Suriyalı qaçqınların qaldığı bir düşərgəyə səfər edib.
Ərdoğan qəzetə açıqlamasında Suriyanın şimalında bir Kürd dövləti qurulmasına imkan verməyəcəklərini, ən kiçik bir təhdid qarşısında belə burada yeni bir hərbi əməliyyat keçirməyə hazır olduqlarını deyib.
FƏRAT QALXANI ƏMƏLİYYATINDA OLDUĞU KİMİ REAKSİYA VERƏCƏYİK
“Suriyada hazırda mənfi proseslər gedir. Əgər bu vəziyyət sərhədlərimiz üçün bir təhdid yaradarsa, Fərat Qalxanı əməliyyatında olduğu kimi reaksiya verəcəyik” deyən prezident Ərdoğan, daha əvvəl Menbiç və Rakkayı terrorçu qruplardan azad etməyə hazır olduqlarını ifadə etdiklərini, lakin ABŞ rəhbərliyindəki koalisiya güclərinin “mərclərini Kürd qrupları tərəfindən oynadığını” dedi. ‘bahislerini Kürt gruplardan yana oynadığını’ söyledi
Ərdoğan həmçinin, PYD və YPG-i nəzərdə tutaraq, Ankaranın strateji tərəfdaşlarının terrorçularla ortaq hərəkət etməsindən kədərləndiyini dilə gətirib.
İlahə