Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan milli səfərbərlik elan edib. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan milli səfərbərlik elan edib.
TİA.AZ xəbər verir ki, terror hücumlarında danışan Ərdoğan hazırki dövrün İstiqlal savaşı qədər önəmli olduğunu bildirib: “Bu gün həm bölgəmiz, həm də ölkəmiz üzərində alçaq oyunlar oynanılır. “Üst ağıl” dediyimiz qüvvələr hər gün yeni şeytani planlar ortaya çıxarır. Bu, bir güc savaşıdır. Bizim insanımız çətin oyunları pozar. Bu gün yaşadığım dövr İstiqlal savaşı qədər önəmlidir. I Dünya Müharibəsindən sonra Türkiyəni Anadoluya sıxışdıraraq, Sevrdə planlaşdırdıqları kimi bir ovuc torpağa məhkum etmək istəyirdilər. Eynilə bu gün Hələbdə olduğu kimi “Misaki Milli” məqsədimizə çata bilməsək də Sevri parçaladıq. Bu gün də adı qoyulmayan bir Sevr təhdidi ilə qarşı-qarşıyıq”.
Ərdoğan Türkiyə və onun maraqlarına yaranan təhdidlərə qarşı milli səfərbərlik elan etdiyini açıqlayıb.
“Bütün vətəndaşlarımıza səslənirəm. Türkiyə Cümhuriyyəti dövlətinin rəhbəri olaraq, PKK, FETÖ, İŞİD də daxil olmaqla terror təşkilatlarına qarşı mübarizə aparmaq üçün milli səfərbərlik elan edirəm. Hər kəs terrorçularla bağlı bildiyi, gördüyü hər şey haqqında dövlətə məlumat versin. Terror təşkilatının məqsədi nəyisə müdafiə etmək deyil. Yeganə məqsəd Türkiyəni bölgədə yox etməkdir”, – deyə Türkiyə prezidenti vurğulayıb.