Ərdoğan: S-400 raketlərinə görə Rusiyaya beh verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Türkiyə S-400 zenit-raket sisteminin tədarükü haqqında saziş imzalayıblar.

 

Rusiya və Türkiyə S-400 zenit-raket sisteminin tədarükü haqqında saziş imzalayıblar.

TİA.AZ-ın Trend-ə istinadən məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı qeyd edib ki, buna görə Rusiya tərəfinə beh də verilib: “Mən və Putin bu mövzuda qərarlıyıq”.

RF prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin də tərəflər arasında saziş imzalandığını bildirib: “Hazırda razılaşma icraya hazırlanır”.