Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya qarşısında götürdüyü öhdəlikləri pozub, Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy bəyan edib.
Tribunainfo.az xəbər verir ki, Tolstoyun sözlərinə görə, “Rusiya prezidenti Vladimir Putin həmişə Türkiyə qarşısında öhdəliklərini yerinə yetirib və ümid edir ki, onun rus tərəfdaşları da bunu edəcək, lakin Ərdoğan Rusiya qarşısında öhdəliklərini pozub”.
Ukraynanın NATO-ya daxil olması ilə bağlı Türkiyənin mövqeyini şərh edən Dövlət Dumasının sədr müavini vurğulayıb ki, Rusiya bunu müsbət qəbul edə bilməz.
“Vladimir Zelenski özü NATO-ya üzv ola bilər, lakin Ukraynasız”, – o əlavə edib.
Xatırladaq ki, Ərdoğan Ukraynanın NATO-ya üzv olmağa layiq olduğunu bəyan edib.