Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avrasiya tunelinin açılışında Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova edilən hücumla əlaqədar danışıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avrasiya tunelinin açılışında Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova edilən hücumla əlaqədar danışıb.
TİA.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, prezidenti səfirin qatili Mert Altıntaşın əlaqələrinin ortaya çıxmağa başladığını deyib.
Ərdoğan rus səfiri ilə bir həftə əvvəl görüşdüyünü bildirib: “Bir həftə əvvəl Tatarıstan Respublikasının başçısını yanıma gətirmişdi. İsti, simpatik bir insan idi. Kürəyindən vurmaq alçaqların adətidir. Dünən axşam bunun əvəzini anında ödədi. Qatilin əlaqələri araşdırılır”, – deyə Ərdoğan bildirib.
Türkiyə prezidenti terrorçulara göndərdiyi mesajında “bu milləti bölə bilməyəcəksiniz” söyləyib.