Ərdoğan: Qəzzalıları vətənlərindən qovmağa heç kimin gücü çatmaz

Ərdoğan: Qəzzalıları vətənlərindən qovmağa heç kimin gücü çatmaz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Heç kimin Qəzzə xalqını min illərdir mövcud olan əbədi vətənlərindən çıxarmağa gücü çatmaz. Qəzza, İordan çayının qərb sahili və Şərqi Qüds, eləcə də Fələstin fələstinlilərindir.

 

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziya, İndoneziya və Pakistana səfərindən əvvəl Atatürk Hava Limanında mətbuata açıqlaması zamanı deyib.

 

“Bizim nəzərimizdə, İsrail hökumətinin təzyiqi altında yeni ABŞ administrasiyasının Qəzzə ilə bağlı irəli sürdüyü təkliflərin heç bir dəyəri yoxdur.”, – Ərdoğan bildirib.