Türkiyənin yeni nəsil “KAAN” qırıcı təyyarəsi təkcə bu ölkənin qürur mənbəyi deyil, Azərbaycanın da qürurdur. Türkiyənin siyasi və hərbi cəhətdən inkişafı Azərbaycanın müstəqilliyinin və təhlükəsizliyinin təmin olunmasında əsas başlıca amildir.
Tribunainfo.az xəbər verir ki, bu fikrilərlə çıxış edən siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycan Rusiya və İran kimi imperialist siyasət yürüdən iki qonşu ölkə ilə sərhəddir. Məhz bu iki ölkə daima Azərbaycanın müstəqilliyini və təhlükəsizliyini təhdid edir:
“Türkiyənin bugün öz hərbi sənayesini inkişaf etdirməsi, Qarabağ müharibəsində və sonrakı proseslərdə də yaxından iştirakı Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin qlobal güc yolaraq Liviyada və Qarabağda olduğunu elan etdi. Məhz Qarabağın adını təsadüfi çəkmədi. Çünki Rusiya və Fransa yenidən Qarabağla bağlı addımlar atmağa çalışır. Rusiya öz hərbiçilərini Qarabağda saxlamağa, Fransa da Ermənistanı silahlandırmaqla ermənilərin Qarabağa qayıtmasında maraqlıdır. Ona görə də cənab Ərdoğan Qarabağla bağlı bu iki ölkənin kirli planlarının qarşısını alacağını mesajını verdi”.
Nigar