Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında iştirak edəcəyi ABŞ-a səfəri çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski, Ermənistanın baş naziri Nikol Paşinyan və İran prezidenti Məsud Pezeşkianla danışıqlar aparacaq. Tribunainfo.az xəbər verir ki, bu barədə “Hurriyet” qəzeti məlumat yayıb.
Məlumatda deyilir ki, Ərdoğan bir çox liderlərlə ikitərəfli görüşlər keçirəcək və onların əksəriyyətini Nyu-Yorkda türk diplomatiyasının simvolu olan Türk Evində (bina BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahının qarşısında yerləşir) qəbul edəcək.