Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu sayca üçüncü olan qayıq əleyhinə korvetin (MİLGEM) Türkiyə Hərbi-Dəniz Qüvvələrinə təhvil verilməsi mərasimində çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
O qeyd edib ki, dənizlərdə Türkiyənin mövcudluğunu məhdudlaşdırmaq cəhdləri uğursuzluğa məhkumdur.
“Aralıq dənizinin şərq hissəsinin təbii resursları yalnız Ankrara və Lefkoşanın maraqları nəzərdə alınmaqla işlənilə bilər”, – deyə Ərdoğan vurğulayıb.
O xatırladıb ki, son illərdə Türkiyə müdafiə təyinatlı məhsulların idxalından asılılığı 80 faizdən 35 faizədək azalda bilib.