Ərdoğan Netanyahunun sammitdə iştirakını ləğv etdirdi

Ərdoğan Netanyahunun sammitdə iştirakını ləğv etdirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirin Şarm əş-Şeyx şəhərində baş tutacaq Sülh Sammitinə İsrail Baş naziri Benyamin Netanyahunun da qatılacağı ilə bağlı məlumat aldıqdan sonra geri qayıtmaq istəyib.

 Tribunainfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin “Ölkə TV” telekanalının baş direktoru Həsən Öztürk deyib.

 

Onun sözlərinə görə, Netanyahunun da sammitdə iştirak edəcəyi ilə bağlı yayılan məlumatdan sonra Ərdoğanın təyyarəsi Şarm əş-Şeyx Beynəlxalq Hava Limanına enməkdən imtina edib. Qırmızı dəniz üzərində bir müddət dövrə vuran təyyarə Netanyahunun sammitə qatılmayacağı ilə bağlı məlumat gəldikdən sonra hava limanına eniş edib.

 

Prezident Ərdoğanın tərəfdaşlarına Netanyahunun qatılacağı sammitdə iştirak etməyəcəyini və Türkiyəyə dönəcəyini bildirməsindən sonra İsrail Baş nazirinin iştirakının ləğv edildiyi bildirilib.