ƏRDOĞAN: NETANYAHU TARİXƏ CƏLLAD KİMİ DÜŞƏCƏK

ƏRDOĞAN: NETANYAHU TARİXƏ CƏLLAD KİMİ DÜŞƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə lideri israilliləri hər cür vəhşilikdə ittiham edib.

Tribunainfo.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim partiyanın parlament iclasında deyib ki, İsrailin baş naziri Benyamin Netanyahu və tərəfdarları Qəzzanın cəlladları kimi tarixə düşəcəklər.

“İki milyon insana qarşı soyqırım törətdilər, (Qəzzanı) açıq havada həbsxanaya çevirdilər, onları yeməkdən, işıqdan, sudan məhrum etdilər. Qəzzanı yandırdılar, dağıtdılar. Hər cür vəhşiliyi etdilər… Qəzzada təhsil və səhiyyə infrastrukturu dağıdılıb, Netanyahu və tərəfdarları artıq Qəzzanın “qəssabları” kimi öz adlarını tarixə yazdırıblar”, – deyə Ərdoğan bildirib.