Prezident Ərdoğan bu gün NATO sammitində iştirak etmək üçün ABŞ-ın paytaxtı Vaşinqtona gedir.
Tribunainfo.az Haberler-ə istinadən xəbər verir ki, İsrailin Qəzzada törətdiyi qətliamın dayandırılması üçün atılacaq addımları gündəmə gətirməsi gözlənilən prezident Ərdoğanın çantasındakı digər 3 faylın isə Yaxın Şərqdəki inkişaflar, Rusiya-Ukrayna müharibəsi və ölkənin təhlükəsizliyi olduğu öyrənilib.
Sabah prezident Ərdoğan 32 üzvlü alyansın dövlət və hökumət başçılarının toplantısına qatılacaq. Həmin gün axşam saatlarında liderlər və onların həyat yoldaşları ABŞ prezidenti Co Baydenin Ağ Evdə verdiyi şam yeməyində bir araya gələcək.