Ankaranın NATO üzv dövlətləri ilə zenit-raket komplekslərinin əldə olunması ilə bağlı danışıqlar aparmasına baxmayaraq, alyansın heç bir üzvü Türkiyəyə bu imkanı təqdim etməyib.
Ankaranın NATO üzv dövlətləri ilə zenit-raket komplekslərinin əldə olunması ilə bağlı danışıqlar aparmasına baxmayaraq, alyansın heç bir üzvü Türkiyəyə bu imkanı təqdim etməyib.
Trend-in məlumatına görə, bunu ABŞ-ın PBS telekanalına müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, Türkiyə öz təhlükəsizliyini təmin etməlidir və məhz buna görə də Ankarada Rusiyanın S-400 zenit-raket komplekslərinin əldə olunmasına qərar verilib.
R.T.Ərdoğan vurğulayıb ki, Rusiyadan alınan komplekslər NATO ölkələrini narahat etməməlidir, çünki daha əvvəl Yunanıstan da Rusiyadan S-300 zenit-raket komplekslərini almışdı.