Ərdoğan mötədil İslam barədə fikirləri qınadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salmanın krallığı mötədil İslamın mərkəzinə çevirmək niyyəti ilə bağlı bəyanatını kəskin tənqid edib.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salmanın krallığı mötədil İslamın mərkəzinə çevirmək niyyəti ilə bağlı bəyanatını kəskin tənqid edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə cümə günü, noyabrın 10-da, Hürriyet Daily News nəşri məlumat yayıb.

Ərdoğanın sözlərinə görə, İslam dini mötədil və ya sərt ola bilməz.

“İslam dini birdir. Son vaxtlar mötədil İslama çox diqqət ayrılır. Ehtimal ki, bu sözləri səsləndirən insan hesab edir ki, fikir ona məxsusdur. Lakin bu konsepsiya Qərbdə yaranıb”, –  Türkiyə lideri izah edib. 

Səudiyyə Ərəbistanının müdafiə naziri olan Bin Salman bəyan edib ki, “ekstremist fikirlərə son qoyaraq ölkəni mötədil İslama qaytaracaq”. 

Ərdoğan əlavə edib ki, mötədil İslam barədə suallar ona bir neçə il əvvəl Avropa Parlamentinin iclasında verilib.

“İndi onlar bu ideyanı yenidən yeritməyə çalışırlar. Onlar İslamı zəiflətmək istəyirlər”, – prezidenti deyib.

Ərdoğan həmçinin bildirib ki, rəsmi Ər-Riyad mötədil İslamdan danışır, lakin qadınlara avtomobil sürməyə icazə vermir.