ƏRDOĞAN MİSİR LİDERİ İLƏ DANIŞDI

ƏRDOĞAN MİSİR LİDERİ İLƏ DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribunainfo.az xəbər verir ki, Prezident Ərdoğan Misir prezidenti Sisi ilə telefonla danışıb.Görüşdə İsrailin insan haqları pozuntuları və həll addımları müzakirə edilib.Prezident Rəcəb Tayyib Ərdoğan Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığı aparıb.Görüşdə İsrail-Fələstin münaqişəsində getdikcə ağırlaşan vəziyyət, İsrailin Qəzzada günahsız vətəndaşlara qarşı törətdiyi insan haqları pozuntuları və həll yolu üçün atılacaq addımlar müzakirə edilib. Görüşdə Ərdoğan Fələstin torpaqlarına qarşı vəhşiliyin getdikcə dərinləşdiyini, xəstəxana, məktəb və ibadət ocaqlarının bombalanmasına Qərb ölkələrinin səssizliyinin Qəzzada yanğını artırdığını bildirib.
Prezident Ərdoğan Qəzzada olan fələstinlilərin öz vətənlərini tərk etməyə məcbur edilməsinin qəbuledilməz olduğunu, Türkiyənin sülhün təmin edilməsi, Qəzzaya humanitar yardım və səhiyyə xidmətlərinin ən qısa zamanda çatdırılması üçün səylərini davam etdirəcəyini bildirib.