Türkiyə Fransaya yeni səfir təyin edib.
Bu baradə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verərək bu vəzifəyə Ali Onanerin təyin olunduğunu bildirib.
Məlumata görə, A.Onaner Fransa prezidenti Emmanuel Makronun tələbə yoldaşı və dostudur. Fransa mətbuatı isə bu xəbəri “sülh”ə atılan addım kimi şərh edib.
Qeyd edək ki, o, bundan əvvəl Türkiyənin Tunisdəki səfiri olub.