Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankaranın kürdlərə qarşı köklənmədiyini bildirib. APA-nın xəbərinə görə, R.T.Ərdoğan bunu “PBS NewsHour” nəşrinə müsahibəsində bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankaranın kürdlərə qarşı köklənmədiyini bildirib. APA-nın xəbərinə görə, R.T.Ərdoğan bunu “PBS NewsHour” nəşrinə müsahibəsində bildirib.
“Biz kürdlərə qarşı yox, terror təşkilatına qarşı çıxış edirik, kürdlər isə bizim dostlarımızdır”, – deyə R.T.Ərdoğan qeyd edib.
Türkiyə prezidenti ölkəsinin Aİ-yə üzvlüyünə dair vəziyyəti şərh edib: “Onlar gərək bəyanatla çıxış etsinlər. Bizi qəbul etməyə hazırdırlar ya yox? Biz hər şeyə hazırıq”, – deyə o qeyd edib.