Ərdoğan iş adamlarını xəyanətdə ittiham etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan vəsaitlərini ölkə xaricinə keçirməyə səy göstərən iş adamlarını “xəyanət”də ittiham edib və hökuməti bu cür addımların qarşısını almağa çağırıb.

 

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan vəsaitlərini ölkə xaricinə keçirməyə səy göstərən iş adamlarını “xəyanət”də ittiham edib və hökuməti bu cür addımların qarşısını almağa çağırıb.

TİA.AZ “Reuters”ə istinadən xəbər verir ki, konkret şəxs və ölkə adı çəkmədən dövlət başçısı deyib: “Mən bəzi iş adamlarının öz aktivlərini xaricə çıxarmaq kimi cəhdləri barədə siqnalları, xəbərləri görürəm və hökuməti çağırıram ki, buna imkan verməsin, çünki bu insanlar xəyanətkardır”.

Bundan öncə KİV-lər məlumat vermişdi ki, Türkiyə prokurorluq orqanları Rza Zərrabın aktvlərinə həbs qoymağı düşünürlər.