Ərdoğan hər kəsi Qüdsə səslədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün müsəlmanlara müraciət edib. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün müsəlmanlara müraciət edib.


TİA.AZ xəbər verir ki, Ədalət və İnkişaf Partiyasının TBMM Qrup Toplantısında çıxış edən prezident Körfəz səfəri çərçivəsində etdiyi görüşlərlə bağlı fikirlərini bildirib.

“Ölkə rəhbərləri ilə apardığım danışıqlarda bir çox regional məsələni müzakirə etdik. Problemlərimizə səmimiyyətlə çıxış yolları axtarmaq lazımdır. Qətər böhranının tezliklə həll ediləcəyinə ümid edirəm. Biz bölgənin sabitliyi üçün səylərimizi daha da artıracağıq”,- prezident deyib.

Ərdoğan çıxışı zamanı həmçinin Əl-Əqsa məscidi ətrafında baş verənlərə də münasibət bildirib:

“Əl-Əqsa Məkkədəki Məscidi-Haram və Mədinədəki Məscidi- Nəbidən sonrakı 3-cü müqəddəs yerdir. Buradan bütün vətəndaşlarıma və bütün müsəlmanlara müraciət edirəm. İmkanı olan hər kəs, xahiş edirəm, Əl-Əqsaya səfər etsin. Oradakı qardaşlarımıza yardım göndərsinlər. Bizlər Əl-Əqsaya nə qədər çox sahib çıxsaq, düşmənlərin işi bir o qədər çətinləşər. Orada müsəlman qanı tökülməsinə səbəb bizlərin Qüdsə kifayət qədər sahib çıxmamağımızdır. Gəlin birlikdə Qüdsə sahib çıxaq”.