Ərdoğan əsirlikdən azad etmişdi – Zelenski səfir göndərir

Ərdoğan əsirlikdən azad etmişdi – Zelenski səfir göndərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin diplomatik sektorunda kadr dəyişiklikləri etdiyinə dair videomüraciət ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, Ukrayna lideri Türkiyə, NATO və BMT-yə yeni səfirlərin təyin edilməsini böyük diplomatik addım kimi qiymətləndirib.

Təyinatlara əsasən Nəriman Cəlal – Türkiyəyə, Alena Getmançuk-NATO-ya, Andrey Melnik isə BMT-yə səfir gedir.

Nəriman Cəlal Krım-tatar əsilli ukraynalı politoloq, müəllim, fəal və jurnalistdir.

2021-ci ildə Krımda rus ordusu tərəfindən saxlanılaraq evində axtarış aparılıb.

2024-cü ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə əsirlikdən azad edilərək, Ukraynaya təhvil verilib.

Alena Getmançuk Yeni Avropa Mərkəzinin təsisçisi və Alyansın Avrasiya Mərkəzində (ABŞ) müstəqil baş analitikdir.

2009-cu ildə o, səkkiz il rəhbərlik etdiyi Dünya Siyasəti İnstitutunun həmtəsisçisi olub. 2016-cı ildən Ukrayna və Polşa prezidentlərinin Məşvərət Komitəsinin üzvüdür.

Andrey Melnik ukraynalı diplomatdır.

2014-2022-ci illərdə Ukraynanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri, 2022-2023-cü illərdə Ukrayna xarici işlər nazirinin müavini, 2023-cü ilin iyun ayından isə Ukraynanın Braziliyadakı fövqəladə və səlahiyyətli səfiri olub.

Qeyd edək ki, Zelenski namizədlərin adlarını açıqlasa da, onla haqqında fərmanın yaxın zamanda imzalayacağını bildirib.