Türkiyə Ermənistanla sərhəddə divar tikməyi planlaşdırır.
Türkiyə Ermənistanla sərhəddə divar tikməyi planlaşdırır.
TİA.AZ xəbər verir ki, bu barədə t24.com.tr saytı məlumat yayıb.
Məlumata əsasən, Türkiyənin Müdafiə Nazirliyi Maliyyə Nazirliyi ilə birgə Ərdahan, Qars və İğdır sərhədində divar tikmək niyyətindədir.
Divarın sərhəddə terrorizm və qaçaqmalçılıqla mübarizə çərçivəsində tikilməsi gözlənilir.
Hələlik bununla bağlı Türkiyə rəsmiləri tərəfindən açıqlama verilməyib.