Ərdoğan: Əməliyyat hazırladıq, ancaq Obama bizi aldatdı

Ərdoğan: Əməliyyat hazırladıq, ancaq Obama bizi aldatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hörmətli Obamanın dönəmində bizim bir də “Zeytunluq” əməliyyatımız vardı. O əməliyyat Menbiçi terrorçulardan təmizləmək üçün aparıldı, ancaq Obama sözündə durmadı və bizi aldatdı.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 44-cü Muxtarlar toplantısında çıxışı zamanı deyib.

“Biz üzərimizə düşəni etdik, ancaq onlar etmədi. Bizə söz verdilər, “buradakı terrorçuları Fəratın şərqinə qovub, Menbiçi həqiqi sahiblərinə buraxacağıq” dedilər, amma sözlərini tutmadılar”, – Ərdoğan deyib.