“BMT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini 22 ildir həll edə bilmir”.
“BMT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini 22 ildir həll edə bilmir”.
“Report” “Yeniakit”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) səfirlər üçün təşkil etdiyi 10-cu ənənəvi iftar süfrəsindəki çıxışında bildirib.
“BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü var. Bu istiqamədə dəyişikliyi bir çox ölkə gözləyir. Bütün problemlərin həlli 5 dövlətin iki dodağının arasından çıxan kəlmədən asılıdır. Suriya, İraq probleminin həll edə bildilərmi? Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 22 ildir həll olunmur. Həll edə bilməzlər. Çünki biri “yox” desə, məsələ həll edilməyəcək”, – deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.