ƏRDOĞAN ADIYAMANDA İNSANLARDAN HALALLIQ İSTƏDİbackend

ƏRDOĞAN ADIYAMANDA İNSANLARDAN HALALLIQ İSTƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Rəcəb Tayyib Ərdoğan və Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Adıyamanın Gölbaşı mahalının konteyner şəhərində zəlzələdən zərərçəkənləri ziyarət edib.

Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, Ərdoğan çıxışı zamanı, “Adıyaman bənzəri görülməmiş, ard-arda yaşadığımız güclü zəlzələlərin yaratdığı dağıntılardan ən çox təsirlənən şəhərlərimizdən biridir. Təəssüf ki, ilk günlər Adıyamanda istədiyimiz tədbirləri görə bilmədik. Bir neçə gün hava və yol şəraitinə görə ilk gündən bölgəyə gələ bilmədik. Ona görə də sizlərdən halallıq istəyirəm” deyib.

“Biz möhkəm binaların və iş yerlərinin istifadəsinə çalışırıq. Biz birlikdə şəhərimizi yenidən quracağıq”, -deyə əlavə edib.