Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 19 qanunu təsdiqlədi.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 19 qanunu təsdiqlədi.
TİA.AZ xəbər verir ki, dəyişikliklər Türkiyənin rəsmi qəzetlərində də dərc olunub.
Prezident Rəcəb Tayyib Ərdoğanın təsdiq etdiyi qanun layihələri aşağıdakılardır:
“Türkiyə Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumun təsdiq edilməsi barədə qanun”,
“Türkiyə Respublikası Hökuməti və Sudan Respublikası Hökuməti arasında karbohidrogen sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumun təsdiq edilməsi barədə qanun”,
“Türkiyə Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumun təsdiq edilməsi barədə qanun”,
“Türkiyə Respublikası Hökuməti ilə Keniya Respublikası Hökuməti arasında investisiyaların qarşılıqlı təşviqi və müdafiəsi haqqında Sazişin təsdiqlənməsi barədə qanun”,
“Türkiyə Respublikası Hökuməti ilə Birləşmiş Meksika Ştatları Hökuməti arasında investisiyaların qarşılıqlı təşviqi və müdafiəsi haqqında Sazişin təsdiqlənməsi barədə qanun”.
“Türkiyə Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında banka üzv ölkələrlə Ticarət və İnvestisiyaların təşviqi üçün əməkdaşlığa Dair razılaşma Bəyannaməsinin təsdiqlənməsi barədə qanun”,
“İnkişaf Edən Səkkiz Ölkə İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsinin təsdiqlənməsi barədə qanun”,
“Türkiyə Respublikası Hökuməti ilə Syerra-Leone Respublikası Hökuməti arasında Ticarət və İqtisadi Əməkdaşlıq Anlaşmasının təsdiqlənməsi barədə qanun”,
“Türkiyə Respublikası Hökuməti ilə Kolumbiya Respublikası Hökuməti arasında investisiyaların qarşılıqlı təşviqi və müdafiəsi haqqında Sazişin təsdiqlənməsi barədə qanun”,
“Türkiyə Respublikası Hökuməti ilə Vyetnam Sosialist Respublikası Hökuməti arasında investisiyaların qarşılıqlı təşviqi və müdafiəsi haqqında Sazişin təsdiqlənməsi barədə qanun”,
“Türkiyə Respublikası Hökuməti ilə Honduras Respublikası Hökuməti arasında Ticarət və İqtisadi Əməkdaşlıq Anlaşmasının təsdiqlənməsi barədə qanun”,
“Türkiyə Respublikası Hökuməti ilə Nikaraqua Respublikası Hökuməti arasında Ticarət və İqtisadi Əməkdaşlıq Anlaşmasının təsdiqlənməsi barədə qanun”,
“Türkiyə Respublikası Hökuməti ilə Fələstin Dövləti Hökuməti arasında İqtisadi Əməkdaşlıq Şurasının yaradılmasına dair Protokolun təsdiqlənməsi barədə qanun”,
“Türkiyə Respublikası Hökuməti ilə Qvineya Respublikası Hökuməti arasında investisiyaların qarşılıqlı təşviqi və müdafiəsi haqqında Sazişin təsdiqlənməsi barədə qanun”,
“Türkiyə Respublikası Hökuməti ilə Qambiya Respublikası Hökuməti arasında investisiyaların qarşılıqlı təşviqi və müdafiəsi haqqında Sazişin təsdiqlənməsi barədə qanun”,
“3 Mart 2005 Tarixində Pretoriyada imzalanan Türkiyə Respublikası ilə Cənubi Afrika Respublikası arasında gəlirlərə və əmlaka görə tutulan vergilərə ikiqat vergi tutmanın aradan qaldırılması və vergi qaçaqçılığına qarşı ikitərəfli mübarizə üzrə əməkdaşlıq Protokolunun təsdiqlənməsi barədə qanun”,
“Türkiyə Respublikası Hökuməti ilə Vyetnam Sosialist Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə tutulan vergilərə ikiqat vergi tutmanın aradan qaldırılması və vergi qaçaqçılığına qarşı ikitərəfli mübarizə üzrə əməkdaşlıq Protokolunun təsdiqlənməsi barədə qanun”,
“Türkiyə Respublikası Hökuməti ilə Qambiya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə tutulan vergilərə ikiqat vergi tutmanın qarşısının alınması müqaviləsinin təsdiqlənməsi barədə qanun”,
“Türkiyə Respublikası Hökuməti ilə Çernoqoriya Hökuməti arasında Konsulluq müqaviləsinin təsdiqlənməsi barədə qanun”.