backend

“Əraziləri qaytar, münaqişəni həll et” – Sarkisyana QARABAĞ TƏLƏBİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün saat 18:00-da “Erməni Milli Konqresi” İrəvanda mitinq keçirəcək. Bu gün saat 18:00-da “Erməni Milli Konqresi” İrəvanda mitinq keçirəcək.

TİA.AZ xəbər verir ki, mitinq 2008-ci il 1 mart hadisələrinin qurbanlarının xatirəsinə həsr olunub.

“Erməni Milli Konqresi” xalqı küçələrə çıxmağa və mitinqə dəstək verməyə çağırıb.

“Erməni Milli Konqresi”nin parlament fraksiyasının katibi Aram Manukyan deyib ki, mitinqdə təntənəli yürüş olacaq.

“10 insanın həyatını itirdiyi hadisələrdən 9 il ötür. Bu hadisələrə görə heç kim cəzalandırılmayıb. İş İnsan Haqları üzrə Avropa Məhkəməsinə verilib”, – deyə o bildirib.

Ermənistan mediası isə yazır ki, mitinq seçkiqabağı təbliğat xarakteri daşımasa da, yürüş zamanı siyasi şüarların səslənəcəyi gözlənilir. Xüsusilə cəbhədə baş verən son hadisələrlə bağlı çağırışlar ediləcək. Hakimiyyətdən Dağlıq Qarabağ münaqişəsini həll etmək tələb olunacaq. Mitinq iştirakçıları “Erməni Milli Konqresi”nin lideri Levon Ter-Petrosyanın münaqişənin həlli ilə bağlı tezislərini səsləndirəcəklər.

Qeyd edək ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan 2016-cı ilin 17 dekabrında partiyasının qurultayında çıxışı zamanı “Qarabağ münaqişəsi Ermənistanın inkişafına əsas əngəldir” deyə bildirib.

O, ərazilərin təcili qaytarılması və münaqişənin həll olunması tezisini irəli sürüb. Qeyd edib ki, daha sonra hər şey Ermənistan üçün daha pis nəticə verə bilər.