Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin Bakı şəhəri ərazisində yerləşən tarix və memarlıq abidələrinin mühafizəsi məqsədilə abidələrdə inşaat-möhkəmləndirmə və abadlıq işlərinin aparılması üçün layihə-smeta sənədlərinin hazırlanması xidməti ilə əlaqədar elan etdiyi tender ləğv edilib.
Tribunainfo.az Pravda.az-a istinadən xəbər verir ki, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Tenderin ümumi dəyəri 556 230 AZN olub.