“Ermənistan İranın təhlükəsizlik narahatlıqlarına cavab olaraq təminat verib ki, öz ərazisindən Tehrana qarşı heç bir təhlükə yaranmayacaq”.
Tribuinainfo.az xəbər verir ki, bunu İranın XİN başçısı Abbas Əraqçı deyib.
O qeyd edib ki, İrəvan İranın maraqlarını nəzərə alacaq. “Ermənistan bizi əmin etdi ki, İrana qarşı heç bir təhdidə yol verilməyəcək. Onlar İranın “qırmızı xətləri” ilə tanışdırlar və buna hər zaman hörmət edəcəklər”.
Fərda Uğur