İranın XİN başçısı Abbas Əraqçı mətbuata açıqlamasında Azərbaycan və Ermənistan arasında saziş barədə danışıb.
Tribunainfo.az xəbər verir ki, o, ABŞ-da imzalanmış sənədlərə qarşı olmasa da, Ağ Evə inanmadıqlarını bildirib.
Ərtaqçı deyib ki, İran bölgədə kənar qüvvələrin olmasını istəmir. “ABŞ heç vaxt hər hansı bölgəyə sülh gətirməyib. Bu gün biz bunu Fars körfəzi və Yaxın Şərqdə görürük. Ona görə də, Azərbaycan və Ermənistan arasında ABŞ-ın sülh yaratmasına inanmırıq. ABŞ-a davamlı sülh üçün güvənmirik”.
O qeyd edib ki, Qafqaz üçün hazırda ən optimal variant “3+3” formatıdır.
Fərda Uğur