Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, bu barədə ER İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2023-cü il iyulun 12-də saat 05:30 radələrində və sonra saat 12:10 radələrində ER hərbi qulluqçuları qətlə yetirilib.
ER Nazirliyinin iddiasına görə, Azərbaycan Silahlı Qüvvələri tərəfindən “N” saylı hərbi hissəsinin mühafizəsi altında olan cənub-şərq sərhəd zonasında yerləşən döyüş mövqelərindən snayperlərdən atəşə tutulub.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nəticədə adıçəkilən hərbi hissələrin iki hərbi qulluqçusu güllə yarası alıb. Həmin gün adıçəkilən hərbçilər hərbi hospitala yerləşdirilib. Qeyd olunan hallarla bağlı ER İstintaq Komitəsinin Hərbi İstintaq Baş İdarəsinin 3-cü qarnizon istintaq idarəsində ER Cinayət Məcəlləsinin 44-155-ci maddəsinin 2-ci hissəsinin 1-ci və 15-ci bəndləri ilə cinayət işi başlanıb.