Gəncədə qadın bıçaqlanıb.
Gəncədə qadın bıçaqlanıb. APA TV-nin Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.
Şəhər sakini, 42 yaşlı Fərqanə Bayramova həyat yoldaşı tərəfində bıçaqlanıb. Qadın döş qəfəsinin və qulağın kəsilmiş yarası xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Qadının vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, Fərqanə Bayramovanın işləməsinə etiraz edən həyat yoldaşı gecə işdən çıxan zaman ona bıçaqla hücum çəkib.
Onu da qeyd edək ki, mübahisə zamanı tərəfləri sakitləşdirməyə çalışan qadının atası 1951-ci il təvəllüdlü Mübariz Aslanov da xəsarət alıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
TİA.AZ