“Dünən axşam saatlarından etibarən, 21:00-da, Əqrəb bürcündə bir Dolunay baş verib”.
Tribunainfo.az-a açıqlama verən azərbaycanlı astroloq Aytən Salami bildirib ki, Dolunay çox kritikdir. Baş verəcək bu Dolunay göy üzündə Günəş və Uran birləşməsi ilə yaşanacaq. Uran da xəritəmizdə ani hadisələri, şok xəbərləri, heç gözləmədiyimiz, planlamadığımız hadisələrin həyatımıza ani olaraq gəlməsi ilə bağlı ola bilər. Xüsusilə Əqrəb, Buğa, Şir və Dolça bürcləri üçün ani, sarsıdıcı hadisələrin baş verməsinin çox böyük ehtimalı var. Məsləhətim budur ki, duyğusal davranmayaq.
Astroloqun sözlərinə görə, bu Dolunayın təsirləri kritik halda 2-3 gün, 1 həftə və 10 gün ərzində də öz təsirlərini yavaş-yavaş artıq bitirmiş olacaq.
Hal-hazırda isə Ay Əqrəb bürcünün sonuncu dərəcəsində hərəkət edir. Bir neçə saatdan sonra Oxatan bürcünə keçid edəcək. Enerjiləri daha da sabitləşəcək. Dolunayın təsirləri də yavaş-yavaş bir neçə gündən sonra artıq geridə qalmış olacaq.
Dəniz Pənahova