ƏQLİ QÜSURLU UŞAQ SIĞINACAQDA ÖZÜNƏ ZƏRƏR VURUR… HƏKİM “GƏLİN, APARIN” DEYİR…backend

ƏQLİ QÜSURLU UŞAQ SIĞINACAQDA ÖZÜNƏ ZƏRƏR VURUR… HƏKİM “GƏLİN, APARIN” DEYİR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhhətindəki ciddi problemləri səbəbindən sığıncağın işçilərinə və özünə xəsarət yetirən əqli qüsurlu azyaşlını ruhi-əsəb xəstəxanasının həkimi yenidən sığınacağa göndərir.

Tribunainfo.az yazır ki, bu barədə məlumatı sözügedən uşağın yerləşdirildiyi Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşıb. Birlik sədri qeyd edib ki, bu kimi uşalara sığınacaqda baxçaq çətin olur:

“Sığınacağa yerləşdirilmiş uşaqlardan birinin 3 gün öncə səhhətində ciddi problemi yarandı.Əqli qüsurlu olduğundan xüsusi müəssisəyə yerləşməsi ilə bağlı müvafiq qurumlara öncədən müraciət olunmuşdu. Uşaq bəlkə də qüsurlu olduğu üçün ata ana da yaxın durmayıb bu illər ərzində.
3 gün öncə problemləri daha kəskin özünü biruzə verdi. Heç kimi tanımırdı, əməkdaşlarımızın hamısını dişləmişdi, hamıya fiziki xəsarətlər yetirmişdi, özünə də ağır xəsarət yetirmişdi, iki dişini vurub qırmışdı, bir sözlə anlaqsız vəziyyətdə idi…
Çox böyük çətinliklə uşağı ruhi-əsəb briqadası gəlib Maştağaya apardı. Zatən başqa hara aparacaqdı ki… Bir az öncə həkim deyib ki, “vsyo, yaxşıdır, heç nəyi yoxdur, bəzən belə krizislər olur, sabah gəlin aparın!!!”
Sabah o həkimi tapacam, xahiş edəcəm aparsın bir neçə gün evində qonaq saxlasın!!! O vaxtadək bəlkə Sosial Xidmətlər Agentliyi bir zülümlə də olsa yerləşdirə bildi. Sığınacaqların vəziyyətini kaş biləydiniz”.